Uşaq səfirlərə natiqlik təlimi keçilib

post-img

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirlər Məclisinin yeni üzvləri və ümumi təhsil müəssisələri üzrə nümayəndələri üçün ”Natiqlik- gözəl danışma sənəti” adlı təlim keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, “Etika Akademiyası” Fərdi İnkişaf Mərkəzi tərəfindən təşkil edilən təlimin əsas məqsədi iştirakçılarda müstəqil özünüifadə etmə bacarıqları, kütləvi tədbirlər zamanı auditoriya qarşısında ifadəli nitq qabiliyyəti və liderlik mədəniyyətini formalaşdırmaq olub. Müxtəlif interaktiv metodlarla keçirilən təlimin sonunda uşaqların sualları cavablandırılıb.

Sosial həyat