Misir mediası dünyanın diqqətini Xocalı soyqırımına cəlb edib

post-img

Misirin bir sıra xəbər portallarında Xocalı soyqırımının 31-cü ildönümü ilə bağlı silsilə məqalələr yayımlanıb.

Misirli jurnalistlər Daliya Favzi və Muhamməd Saleminin qələmə aldıqları məqalələrdə Xocalı soyqırımının tarixi barədə ətraflı məlumat verilib. Bildirilib ki, 2020-ci ilin payızında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı əzəli torpaqlarını Ermənistanın işğalından qurtarsa da, ölkəmiz 31 il öncə Xocalıda erməni hərbi birləşmələri tərəfindən dinc və günahsız azərbaycanlılara qarşı xüsusi qəddarlıqla və vəhşiliklə törədilən qətliamı unutmur. Azərbaycanın Xocalı qurbanlarını ehtiramla yad etdiyi vurğulanıb.

Ermənilərin öz havadarlarının köməyi ilə Xocalıda bütün münaribə qaydalarına zidd vəhşiliklərə əl atdığı, qalib Azərbaycanın 44 gün davam edən Vətən müharibəsi zamanı dinc ermənilərə qarşı heç bir hərbi cinayət törətmədiyi, beynəlxalq humanitar normalara və konvensiyalara əməl etdiyi  nəzərə çatdırılıb.

Müəlliflər dünya ictimaiyyətini Xocalı soyqırımı ilə bağlı vicdanla hərəkət etməyə çağırıblar.

Siyasət