Moskva görüşü: mövqe yaxınlığı, yoxsa geosiyasi əsəb oyunu?

post-img

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında bu gün Moskvada Rusiya Prezidenti Vladmir Putinin vasitəçiliyi ilə keçiriləcək görüş ətrafında müxtəlif fikirlər var. Hiss olunur ki, nəinki Bakının və İrəvanın, bütövlükdə, regionun siyasi dairələri görüşə müstəsna önəm verməkdədirlər. Hər halda ortada, bütövlükdə, Cənubi Qafqazda sülh gündəliyi kimi vacib mövzu var. 

Bölgənin bir sıra siyasi müşahi­dəçiləri V.Putinin münaqişə tərəflərini Moskvaya dəvət etməsinin ani qərar olduğu düşüncəsindədirlər. Mövcud xüsusda Ermənistan– Azərbaycan mü­naqişəsinin nizamlanmasının Rusiya və Qərb versiyaları təhlil olunmaqda­dır. Rusiya Prezidentinin təşəbbüsü­nün gözlənilməzliyi isə konkret olaraq, ABŞ Dövlət katibi Antoni Blinkenin fəal iştirakı ilə Qərb platformasında keçirilən son yüksək səviyyəli görüşlə əsaslandırılmaqdadır. Bu əsaslandır­mada ziddiyyətli duruma münasibətdə Qərbin və Rusiyanın mövqelərinin uz­laşması amili də ön plana çıxmaqdadır. 

Təsəvvür edin: Kollektiv Təhlükə­sizlik Müqaviləsi Təşkilatının baş kati­bi İmanqali Tasmaqambetov bildirir ki, KTMT Ermənistanla Azərbaycan ara­sında tezliklə sülhün imzalanmasına ümidlidir. Onun sözlərinə görə, Cənubi Qafqazdakı vəziyyətlə bağlı mütəmadi danışıqlar aparılır. Baş katib mövcud xüsusda danışıqların növbəti turunun Avropada baş tutmasına diqqət çə­kib. “Məmuniyyətlə qeyd olundu ki, həm Azərbaycan, həm də Ermənistan 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən, iki ölkə arasındakı sərhədləri praktiki olaraq tanıyır. Ümid edirik ki, bu danışıqlar sülh müqaviləsinin imza­lanmasına gətirib çıxaracaq. Bundan sonra ölkələr sərhədin delimitasiyasına başlayacaqlar”, – deyən Tasmaqambe­tovun Azərbaycan-Ermənistan nizam­lamasının “Brüssel formatı” ilə həmrəy­liyi təəccüb doğurmaqdadır.

Məlumdur ki, Azərbaycan-Rusi­ya-Ermənistan formatında sonuncu da­nışıqlar ötən il oktyabrın 31-də Soçidə, oktyabrın 6-da Praqadakı dördtərəf­li görüşdən (Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emma­nuel Makron, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Ermənistanın baş naziri Nikol Paşinyan – red.) sonra baş tutub. Bu görüşdə də tərəflər müna­sibətlərin normallaşması baxımından məhz 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsini əsas götürüblər. Eyni zamada, o da vurğulanmalıdır ki, bu gün Moskvada delimitasiya və demarkasiya məsələləri müstəvisində üzərində dayanılacağı ehtimal olunan SSRİ Müdafiə Nazirliyi Baş Qərargahı­nın 1975-ci il xəritəsi də, ilk dəfə məhz Soçi görüşü zamanı gündəmə gəlmiş­di. 

Məlumdur ki, Soçi görüşündən əv­vəl, konkret olaraq, 2022-ci ilin avqus­tunda ATƏT-in Minsk qrupunun rusi­yalı həmsədri İqor Xovayev Qarabağa status (erməni tarixi) məsələsindən söz açmışdı. Amma görüş göstərdi ki, Moskva tərəfindən irəli sürülmüş bu təşəbbüs təxirə salınıb. Bu, eləcə də digər məqamlar isbatlayır ki, hazırda Qərb və Rusiya tənzimləmə xətti ara­sında prinsipial fərq yoxdur. 

Yeri gəlmişkən, bir müddət əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da bəyan etmişdi ki, ölkəsi bu iki platforma arasında fərq qoymur, sülh prosesi eynidir, əsas olan sülh müqaviləsi layihəsi və onun başlıca müddəalarıdır. “Ermənistan platforma­lar arasında fərq qoymur, sülh prosesi birdir, danışıqlar eyni sülh sazişi layihə­si və onun prinsipləri ətrafında gedir. Biz platforma irəli sürən və bu proses­də körpü rolunu oynamağa çalışan bü­tün paytaxtlara minnətdarıq. Ermənis­tan üçün Moskvada, Brüsseldə və ya Vaşinqtonda danışıqlar aparmaq sualı qoyulmur”, – deyən Mirzoyanın Rusi­ya, ABŞ və Avropa İttifaqının himayəsi altında ayrı-ayrılıqda davam edən ni­zamlamanın eyni gündəliyin mövcud­luğunu açıqladığı aydındır.

Ancaq siyasi təhlilçilər həm Ermə­nistanın XİN rəhbərinin söylədiklərinə, həm də ümumi ab-havaya nəzərən, indiki situasiyada gözlənilən alternativ irəli sürmək, vəziyyətə gərginlik xüsu­siyyətləri gətirmək baxımından Rusiya­nın passiv mövqedə dayandığını vur­ğulamaqdadırlar. Ermənistanın “168.am” xəbər portalına açıqlama verən gürcüstanlı politoloq Kaxa Qoqolaşvili də məhz bu məqamın üzərində daya­nıb. O bildirib ki, Rusiyanın passivliyi qəribədir və indiki görüşlər də (Rusi­ya, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin mayın 19-da Moskvada danışıqları və ölkə liderlərinin bugün­kü danışıqları nəzərdə tutulur – red.) göstərir ki, Moskva Qərbin substantiv işindən narahat idi. 

Kaxa Qoqolaşvilinin sözlərinə görə, Vaşinqtonda keçirilən danışıqlardan əvvəl (Azərbaycan və Ermənistan XİN rəhbərlərinin 1-4 may danışıqları – red.) Rusiya ciddi vasitəçilik təşəbbüsü ilə çıxış etməyib. Çox güman, Qərbin bu məsələni həll edəcəyinə inanmayıb və hesab edib ki, mövcud xüsusdakı tənzimləmə fonunda yekun sülh sa­zişi imzalana bilməz. Gürcü politoloq hesab edir ki, Brüsseldə keçirilmiş Əli­yev-Paşinyan görüşündən sonra Şarl Mişelin bəyanatı Qərbin nizamlanmaya nail olmaq yolunda aydın iradəsinin və siyasi proqramının mövcudluğunu or­taya qoydu. Bu isə rus sülhməramlıla­rının müvafiq nəticələrlə uyğun şəkildə Qarabağı tərk etmələri deməkdir. 

“Etiraf etmək lazımdır ki, Blinke­nin vasitəçiliyi olmasaydı, tərəflərin, o cümlədən, Makronun rolunu, mürək­kəb gündəmi və Brüssel platformasın­da problem ətrafındakı fikir ayrılıqlarını nəzərə alsaq, indiki durum yaranmaz­dı”, – deyən K.Qoqolaşvilinin fikrincə, ABŞ Dövlət katibinin Vaşinqton danı­şıqlarında şəxsi iştirakı Putinin Mosk­vada üçtərəfli təmasın təşkili təşəbbü­sünü doğurub. Deməli, Moskva görüşü uzun sürən diplomatik hazırlığın nəti­cəsi deyil, sadəcə, obyektiv duruma re­aksiyadır və Moskva müxtəlif xəritələr­dən istifadə edərək, prosesi Qərbdən Rusiyaya yönəltməyə çalışacaq.

Gürcü politoloq onu da bildirib ki, hazırkı mərhələdə Kreml Qərb plat­formasında üçtərəfli bəyanatlardan heç bir söz getməməsindən xüsusilə narahatdır. Ona görə Moskva prosesə Rusiya faktorunu cəlb etməyə, bu bə­yanatları xatırlatmağa və ya ən yaxşı halda imzalanma ehtimalı çox az olan yeni oxşar sənəd əldə etməyə çalışa­caq. 

Maraqlıdır ki, K.Qoqolaşvili də da­nışıqların məzmununun bir-birindən fərqlənməməsinə baxmayaraq, hazır­da Rusiya ilə Qərb vasitəçiliyi arasında Azərbaycan-Ermənistan münasibətlə­rinin nizamlamasına yönələn ziddiyyə­tin olmadığı qənaətini bölüşməkdədir. Ancaq müxtəlif regional maraqlar baxı­mından müəyyən fərqli yanaşmalar mümkündür. “Ola bilsin ki, Rusiya tərə­fi yeni təkliflə çıxış etməyi planlaşdırır. Bu yaxınlarda Moskvanın nümayəndə­si regiona səfər edib. Proseslər pərdə arxasındadır, nəticələr, adətən, çox sonra görünür”, – deyən gürcü poli­toloq vurğulayıb ki, Rusiyanın marağı Qarabağda sülhməramlıların saxlanıl­masıdır. Buna görə də sülh müqavilə­sinin imzalanması prosesi başa çat­mazdan əvvəl müxtəlif hadisələrlə dolu əsəbi geosiyasi oyun gözlənilir.

 

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət