İKİNCİ BİLDİRİŞ LPO “Günay Bank” ASC də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi barədə məlumat

post-img

Bakı Apellyasiya Məhkəməsi­nin İnzibati Kollegiyasının 2-3(103)-42/2023 nömrəli, 18 may 2023-cü il tarixli qərarı ilə “Günay Bank” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğ­vedicisi təyin edilmişdir. Həmçinin "Əmanətlərin sığortalanması haqqın­da" Azərbaycan Respublikasının Qa­nununa uyğun olaraq “Günay Bank” ASC-də sığorta hadisəsi günü 18 may 2023-cü il müəyyən edilmişdir.

Bildiririk ki, kompensasiyala­rın ödənilməsi "Bank Respublika" ASC vasitəsilə 19 iyun 2023-cü il tarixdən başlayaraq həyata keçirilə­cəkdir. "Əmanətlərin sığoratalan­ması haqqında" Azərbaycan Respub­likası Qanununun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kom­pensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlaya­raq bir il ərzində qəbul edir. 

Qorunan əmanətçilər əmanət he­sabları üzrə hesabdan çıxarışları ləğv prosesində olan "Günay Bank" ASC-nin Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 45 ünvanında yer­ləşən baş ofisindən əldə edə bilərlər.

Əmanətçilərdən kompensasiyala­rın alınması üçün "Bank Respublika" ASC-nin müvafiq filiallarına müraciət edərkən kompensasiyaların ödənil­məsi prosedurlarına uyğun olaraq ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmanəti təsdiqləyən digər sənədlər və onla­rın surəti, habelə əmanətçinin şəx­siyyətini təsdiq edən sənədin təqdim edilməsi xahiş olunur. Həmçinin bil­diririk ki, kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, qeyd edilən sənədlərlə yanaşı, əlavə olaraq notariat qayda­sında təsdiq olunmuş etibarnaməni təqdim etməlidir. 

Qorunan əmanətçilər ərizə for­malarını 19 iyun 2023-cü il tarixdən etibarən "Bank Respublika" ASC-nin müvafiq filiallarından və ƏSF-nin www.adif.gov.az internet-saytından əldə edə bilərlər. Kompensasiyaların ödənilməsi ilə bağlı "Bank Respubli­ka" ASC-nin müvafiq filial şəbəkəsi barədə əlavə məlumat veriləcəkdir.

Məlumat üçün qeyd edək ki, əmanətlər "Əmanətlərin sığortalan­ması haqqında" Azərbaycan Res­publikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq. Belə ki, sığortalanmış əmanət üzrə əmanə­tin 100 faizi həcmində, lakin 100 (bir yüz) min manatdan çox olmamaqla, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesabların­dakı pul vəsaitləri üzrə kompensasiya məbləği 20 (iyirmi) min manatdan çox olmamaqla, notariusların depozit he­sablarında olan fiziki şəxslərə məx­sus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödəniləcəkdir. 

Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondu­nun saytından əldə edə bilərsiniz. 

www.adif.gov.az

Reklam və elan