“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ AÇIQ TENDER ELAN EDİR

post-img

“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ Ağdam rayonunun Kəngərli kənd yaşayış məntəqəsində 2, 3, 4 və 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi işlərinin satın alınması üçün AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini mö­hürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları oxşar təcrü­bəyə, lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 53 nömrəli ünvanda yerləşən “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin satınalma şöbə­sindən əldə edə bilərlər.

İştirak haqqı 1500,00 ( bir min beş yüz manat) manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Əlaqələndirici şəxs- Bərpa və yenidənqurma departamenti mü­dirinin müavini İntizam Novruzov – [email protected] və baş məsləhətçi Zabil Vəliyev - [email protected], telefon- + 99450 466 12 66. 

İşlərin qısa təsviri:

292 ədəd 2, 3 , 4 və 5 otaqlı fərdi yaşayış evlərinin, klub icma mərkəzinin, kitabxananın və s. tikintisi.

Təşkilat - “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəet­mə Xidməti” Publik Hüquqi Şəxs

VÖEN - 3201635961

Bank - “ABB”nin Mərkəz filialı

Kod - 805722

VÖEN - 9900001881

H/h - AZ95İBAZ38030019443196817204

M/h - AZ03NABZ01350100000000002944

SWIFT İBAZAZ2X

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim et­məlidirlər:

• tenderdə iştirak etmək üçün ərizə;

• iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

• tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 65 bank günü ərzində qüvvədə olmalıdır);

• tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təmina­tın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətin­dən 30 bank günü çox olmalıdır);

• tender iştirakçısının tam adı, nizamnaməsi və (hüquqi şəxslər üçün) qeydiyyatdan keçdiyi rekvizitləri;

• malgöndərənin (podratçının) işin icrası üçün müqavilə imzala­yacağı subpodratçı barədə konkret subpodratçının adı göstərilmək­lə məlumatlar (əlavə №19);

• malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müd­dət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziy­yəti barədə bank tərəfindən verilmiş arayış; (tender elanından son­rakı tarixdə alınmış sənəd təqdim edilməlidir);

• Azərbaycan Respublikasında vergilərə və digər icbari ödəniş­lərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəy­yən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud ol­maması barədə arayış; (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir);

• iddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyətinin ol­ması (şəxsin səlahiyyətli olması barədə əmr təqdim edilməlidir);

• öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək im­kanı, habelə ödəmə qabiliyyəti olması barədə arayış; (tender elanın­dan sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir);

• müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kom­mersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış; (ten­der elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir);

• satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzin­də özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşə­kar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barə­də arayış; (tender elanından sonrakı tarixdə alınmış sənəd təqdim edilməlidir);

• müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması və onun əsasında həyata keçirilməsinə icazə verilən işlərin siyahısı;

• malgöndərənin (podratçının) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surə­ti (vergi orqanının rəsmi blankında və ya elektron sənədin notarial qaydada təsdiq edilmiş surəti təqdim edilməlidir);

• kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit he­sabatları;

• baş podratçı kimi son beş il (2018-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək ) ərzində ümumi məbləği 10 (on) milyon manat­dan az olmayan, müraciət edənin isə ən azı 5 (beş) milyon manat olan (müraciət edən müqaviləni birgə müəssisənin üzvü kimi icra etmişdirsə) və oxşar işi əhatə edən (oxşarlıq, layihə və texniki spe­sifikasiyalarda təsvir edilən fiziki ölçüyə, mürəkkəbliyə, metodlara, texnologiyaya və digər xüsusiyyətlərə əsaslanmalıdır) ən azı 2 (iki) sifarişi qənaətbəxş şəkildə icra etməsi haqqında məlumat və təs­diqedici sənədlər təqdim edilməlidir;

• son beş il ( 2017-ci il yanvarın 1-dən 2021-ci il dekabrın 31-dək ) ərzində tikinti- quraşdırma işləri üçün ən azı 15 (on beş milyon ma­mat) milyon manat dövriyyə tələb olunur və TMV-nin 1.6-cı bəndində tələb edilən digər sənədlər. 

Qeyd- tenderdə iştirak üçün iki və ya daha artıq tərəfdaş şirkət­dən ibarət birgə müəssisə yaratdıqda, TMV-nin 1-ci və 2-ci bənd­lərində tələb olunan sənədlər hər bir şirkət üçün ayrılıqda təqdim edilməlidir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (1 əsli və 1 surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 13 iyul 2023-cü il saat 16.00-a, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 21 iyul 2023-cü il saat 16.00-a qədər Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 53 nömrəli ünvanda yerləşən “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin Satınal­ma şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender iştirakçılarının təklifləri Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 53 nömrəli ünvanda yerləşən “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin inzibati binasında 24 iyul 2023-cü il saat 16.00-da açılacaqdır.

Tender iştirakçılarının səlahiyyətli nümayəndələri zərflərin açılışı prosudurunda iştirak edə bilərlər.

Tender komissiyası

Reklam və elan