Müsabiqəyə kafedranın profilinə uyğun peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcələrə, elmi-pedaqoji təcrübəyə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin mövcud qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları müraciət edə bilərlər.
Elan qəzetdə dərc olunduğu gündən bir ay müddətində (şənbə, bazar və bayram günləri istisna olmaqla) sənədlər saat 10.00-17.00 arası Azərbaycan Turizm və Menecment Universitetinin İnsan resursları şöbəsinə təqdim edilməlidir. Sənədlər [email protected] mail ünvanı vasitəsi ilə elektron qaydada da qəbul edilir.
Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər:
1. Rektorun adına ərizə.
2. Kadrlar uçotunun şəxsi vərəqəsi (4x6 sm ölçüdə fotoşəkillə).
3. Tərcümeyi-hal.
4. Şəxsiyyət vəsiqəsinin surəti.
5. Profilə uyğun olaraq ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin təsdiq olunmuş surətləri.
6. Elmi və elmi-metodiki işlərin siyahısı.
Qeyd-1. Müsabiqədə iştirak etmək üçün həmin ali təhsil müəssisələrində işləyən şəxsin yalnız rektorun adına ərizə, elmi və elmi-metodiki işlərin siyahısını təqdim etməsi kifayətdir.
2. Namizədin göstəriciləri vəzifə tələblərinə uyğun gəlmədikdə və ya ərizənin verilmə müddəti bitdikdə sənədlərin qəbulundan imtina olunur.
Telefon: 012-564-42-33 (daxili - 115).
Ünvan: Bakı şəhəri, AZ1072, K.Rəhimov küçəsi 822/23-cü məhəllə, otaq 103.

