Bakı Dövlət Universiteti İKT-nin, laboratoriya avadanlıqlarının və uyğun reagentlərin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

post-img

Lot – 1. İKT-nin, laboratoriya avadanlıqlarının və uyğun reagentlərin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi ma­liyyə və texniki imkanlara malik olmalıdırlar.İştirak­çılar əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, akademik Zahid Xəlilov küçəsi 33 nömrəli (əlaqələndirici şəxs- NAİLƏ ƏSGƏRLİDƏN, tele­fon : +994125391536) ünvandan ala bilərlər.

• İştirak haqqı 2200 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

• Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

H/h-AZ32AIIB33070019443307872103

VÖEN: 1300489621

Bank: “Kapital Bank” ASC-nin 1 saylı Yasamal filialı

Kod- 200037

VÖEN- 9900003611

M/h- AZ37NABZ01350100000000001944

SWIFT: AIIBAZ2X

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. İddiaçının tam adı, hüquqi statusu,nizam­naməsi, qeydiyatdan keçdiyi ölkə və rekvizitlər.

2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.

3. Tender təklifi (zərflərin açıldığı gündən qüv­vədə olma müddəti 60 bank günü).

4. Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təminatın qüvvədə olma müddəti (zərf­lərin açılış tarixindən sonra) 90 bank günü.

5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış.

6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.

7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.

8. İddiaçının tam adı, hüquqi statusu, nizam­naməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

9. Satınalan təşkilatın müəyyən etdiyi digər sənədlər:

1.Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitlə­ri (şirkətin bank hesabı, hüquqi və faktiki ünvanı göstərilməklə rəsmi blankda imzalı formada zərfə əlavə edilməlidir); 

2. Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayış; 

(tender elanı tarixindən sonrakı tarixə Bank tərəfindən təqdim olunmalıdır -məktubun əsli əlavə edilməlidir); 

3. Malgöndərənin (podratçının) vergilərə və digər icbari ödənişlərə aid vaxtı keçmiş öhdəliklə­rin olmaması, habelə son bir il ərzində (fəaliyyə­tini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqın­da müvafiq vergi orqanlarından arayışlar (müvafiq vergi orqanı tərəfindən tender elanı tarixindən son­rakı tarixə təqdim olunmuş arayış olmalıdır. Məktu­bun əsli rəsmi blankda və ya həmin sənədin nota­rial təsdiq olunmuş forması zərfə əlavə edilməlidir); 

4. Malgöndərənin (podratçının) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təs­diq olunmuş maliyyə hesabatının surəti; (mənfəət vergisinin bəyənnaməsi 2022-ci ilin yekunlarına aid)- hesabat yalnız vergi orqanı tərəfindən təs­diqlənmiş məktubla (əsli ilə ) birlikdə təqdim edil­məlidir. Məktub elektron qaydada əldə edildiyi zaman həmin məktubun notarial təsdiq olunmuş forması zərfə əlavə edilməlidir. 

5. Malgöndərənin (podratçının) mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqın­da sənəd (statistika komitəsi tərəfindən təqdim edilmiş sənəd olmalıdır); 

6. Malgöndərənin (podratçının) satınalma pro­sedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluq­çularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəri­cilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən (məhkumluq­la bağlı arayış) tender elanı tarixindən sonrakı ta­rixə təqdim olunmuş arayışı zərfə əlavə etməlidir. (əgər təsisçi direktor deyilsə satınalma müqavilə­sini imzalamaq səlahiyyəti olan şəxsin tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayışı zərfə əlavə etməlidir); 

7. Malgöndərənin (podratçının) müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmə­nin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd (malgöndərən (pod­ratçı) uçotda olduğu vergi orqanından tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış (əgər məktub elektron formada əldə olunduğu za­man həmin sənədin notariusda təsdiq olunmuş for­ması ) zərfə əlavə edilməlidir); 

8. Malgöndərənin (podratçının) öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd (malgöndərən (podratçı) uçotda olduğu vergi orqa­nından tender elanı tarixindən sonrakı tarixə təq­dim olunmuş arayış (məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notariusda təsdiq olunmuş forması) zərfə əlavə edilməlidir. 

9. Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiy­yətlərini təsdiq edən sənəd (malgöndərənin (pod­ratçının) kommersiya qurumunun dövlət reyestrin­dən çıxarışının, nizamnaməsinin (hüquqi şəxslər), imza səlahiyyətinin olması (direktor təyin edilməsi barədə əmr, əmək müqaviləsinin bildirişi və ya mü­vafiq səlahiyyətlərin verilməsi barədə etibarnamə, əgər təsisçi direktor deyilsə), vergi uçotunda ol­duğunu təsdiq edən sənədin surəti və rekvizitləri (hüquqi və faktiki ünvan göstərilməklə rəsmi blank­da imzalı (möhürlü) formada təqdim olunmalıdır).

10. Malgöndərən (podratçı) işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə məlu­matları (yuxarıda qeyd olunan meyarlara uyğun) zərfə əlavə etməlidir. (subpodratçı cəlb edəcəyi təqdirdə). Malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinə aid tələb olunan sənədlər: 

1. Malgöndərənin (podratçının) və cəlb oluna­caq subpodratçının müvafiq sahədə peşəkarlığı və təcrübəsi anoloji işlərə aid (İKT avadanlığı və labo­ratoriya avadanlığı, kimyəvi vasitələr və yaxud re­agentlər) oxşar müqavilələr (işin yerinə yetirilməsi ilə bağlı təsdiqedici sənədlər də qapalı zərfə əlavə edilməlidir). 

2. Maddi-texniki baza - a) Malgöndərən (pod­ratçı) tərəfindən cihazların və avadanlıqların – CE (Certificate of Excellence) sertifikatı təqdim olun­malıdır. b) Malgöndərənin (podratçının) malların saxlanılması üçün mülkiyyətində və ya istifadəsin­də anbarın mövcudluğu;(təsdiqedici sənədlər qa­palı zərfə əlavə edilməlidir) c) İddiaçının mülkiyyə­tində və ya istifadəsində olan yükdaşıyan nəqliyyat vasitəsinin olması;( təsdiqedici sənədlər - qapalı zərfə əlavə edilməlidir).

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstə­rilən sənədləri (tender təklifi və bank təminatı is­tisna olmaqla) 9 iyun 2023-cü il saat 17.00-a, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 22 iyun 2023-cü il saat 17.00-a qədər Bakı şəhəri, Yasamal rayonu, akademik Zahid Xə­lilov küçəsi 33 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açıl­madan geri qaytarılacaqdır. 

İddiaçıların təklifləriı 23 iyun 2023-cü il saat 11.00-da Bakı şəhəri, Yasamal rayonu, akademik Zahid Xəlilov küçəsi 33 nömrəli ünvanda açılacaq­dır. 

Açılışda iddiaçıların səlahiyyətli nümayəndələ­ri iştirak edə bilərlər. 

 

Tender komissiyası

Reklam və elan