“Anadolu Qartalı - 2023” beynəlxalq taktiki-uçuş təliminin əsas mərhələsi başlayıb

post-img

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2023” beynəlxalq taktiki-uçuş təliminin əsas mərhələsi başlayıb. Nazirlikdən verilən məlumata görə, təlimin ilkin mərhələsində təyin olunmuş plana uyğun olaraq uçuşlar zamanı təhlükəsizlik qaydaları və qarşıya qoyulan tapşırıqlar çatdırılıb.

Ssenariyə əsasən əvvəlcə şərti düşmənin hava hücumundan müdafiə vasitələri susdurulub. Hava üstünlüyü əldə edildikdən sonra təyyarələrimiz müxtəlif döyüş təyyarələri ilə birgə şərti düşmənin hava məkanına daxil olaraq yuxarı hündürlükdə döyüş manevrləri etməklə qarşı tərəfin yerüstü hədəflərinin məhv edilməsi üzrə tapşırıqları icra ediblər.

Təlimin birinci günündə qarşıya qoyulan tapşırıqlar pilotlar tərəfindən uğurla yerinə yetirilib.


Ordu

About Us

The argument in favor of using filler text goes something like this: If you use arey real content in the Consulting Process anytime you reachtent.

Instagram