Türkiyəli məşhur aparıcı Azərbaycan haqqında sənədli film çəkib

post-img

Türkiyənin tanınmış aparıcısı, Azərbaycan həqiqətlərini dünyaya çatdıran Esra Gezginci “Əsrarəngiz Azərbaycan” adlı sənədli film ərsəyə gətirib.

Türkiyənin Azərbaycandakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, sənədli filmin əsas mövzusu Azərbaycanın mədəni irsi, folkloru, xüsusilə Qarabağın tarixi, həmçinin Azərbaycan-Türkiyə dostluq-qardaşlıq münasibətləridir.

Esra Gezgincinin sözlərinə görə, “Əsrarəngiz Azərbaycan” filmində Bakıdan Türk dünyasının paytaxtı Şuşaya qədər uzanan səyahəti əks etdirən ümumilikdə 10 veriliş çəkilib.

Qeyd edək ki, sənədli film daha öncə Türkiyənin NTV kanalında izləyicilərə təqdim edilib. Verilişdə işğaldan azad olunan rayonlarımız haqda da danışan E.Gezginci Şuşanın önəmi barədə NTV izləyicilərinə ətraflı məlumat verib.

Film aprelin 2-də Azərbaycan İctimai Televiziyasının efirində də yayımlanacaq.

Mədəniyyət