Goranboyda anım tədbirləri

post-img

Goranboy rayonunda “2023-cü il – Heydər Əliyev İli” ilə bağlı silsilə tədbirlər davam edir.

Bu günlərdə rayon icra hakimiyyətinin tədbirlər planına uyğun olaraq şəhərin Heydər Əliyev adına Parkında ümummilli liderin mənalı ömür yoluna və çoxşaxəli dövlət idarəçilik fəaliyyətinə həsr olunmuş rəsm əsərlərindən və əl işlərindən ibarət sərgi nümayiş etdirilmişdir. 

Şəhərin Kitabxana və İnformasiya Mərkəzinin önündə təşkil olunan kitab sərgisi də böyük maraqla qarşılanmışdır. 

“Heydər Əliyev və Azərbaycan təhsili“ mövzusunda Olimpiya İdman Kompleksinin akt zalında keçirilən elmi-praktik konfrans da maraqlı çıxışlarlarla yanaşı, fləşmob, ümummilli liderin rayonumuza tarixi səfərlərini özündə əks etdirən rəsm sərgisi və videoçarxın nümayiş olunması ilə yadda qaldı. 

Konfransda çıxış edən icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev dedi ki, Azərbaycan xalqının ümummilli lideri, müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu, fenomen şəxsiyyət Heydər Əliyevin demokratik və sivil dövlət quruculuğu, azərbaycançılıq ideologiyası, milli və mənəvi dəyərlərimizin qorunması, bütün sahələrdə, o cümlədən təhsil sahəsində inkişafın təmin edilməsi istiqamətlərində gördüyü işlər əsrlər boyu yaşayacaq, daha da inkişaf edəcək. 

Rayonda ümummilli liderin 100 illiyi ilə bağlı yeni salınmış parkda ağacəkmə aksiyasına isə yüzlərlə rayon sakini, məktəblilər, qazilər, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri qoşuldu. 

Aksiya iştirakçıları Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini də ziyarət etdilər. 

Hamlet QASIMOV, 

“Xalq qəzeti”nin bölgə müxbiri







Mədəniyyət