Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert təşkil ediləcək

post-img

Aprelin 5-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunacaq konsertdə bədii rəhbər və baş dirijor Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi altında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə gənc tarzən, Əməkdar artist Sahib Paşazadə çıxış edəcək.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

Mədəniyyət