Hərbi attaşelər Hərbi Dəniz Qüvvələrində

post-img

Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Hərbi Dəniz Qüv­vələrində (HDQ) olublar.

Müdafiə Nazirliyinin mətbuat xid­mətindən redaksiyamıza bildirilib ki, qonaqlara əvvəlcə qərargah binasının akt zalında HDQ-nin tarixi və fəaliyyəti haqqında geniş brifinq təqdim edilib.

Daha sonra hərbi attaşelər döyüş gəmilərində şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub, matros yataqxana­sı, yeməkxana və digər obyektlərə baş çəkib, fəxri qonaqlar kitabına ürək söz­lərini yazıblar.

“Xalq qəzeti”

 

Son xəbərlər