Ən bahalı dondurma

post-img

Yaponiyanın “Cellato” şirkəti dünyanın ən bahalı dondurmasını təqdim edərək “Ginnes”in rekordlar kitabına düşüb. 

“Byakuya” adlı təamın bir porsiyası müştərilərə 873 400 yapon yeninə (təxminən 6700 dollara) başa gələcək. 

Nadir pendirlər və İtaliyada yetişdirilən ağ trüfel də daxil olmaqla, bir sıra digər inqredi­yentlərdən hazırlanan dondur­ma xüsusi alıcılar üçün nəzər­də tutulub. 

Şirkət gələcəkdə inqredi­yentlərin qeyri-adi birləşmələri ilə digər desertlərin istehsalını da planlaşdırır. Onların arasın­da şampan və qara kürü ilə ha­zırlanan dondurma da olacaq. 

Fidan HÜQUQQIZI, “Xalq qəzeti”

Son xəbərlər