Lənkəran Dövlət Dram Teatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ile Cəlilabad rayonunda dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşası ilə çıxış edib.
Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının əməkdar artisti Laləzar Hüseynovadır.
Tamaşada Cəlilabad Rayon İcra Hakimiyyətinin nümayəndələri, idarə və təşkilat rəhbərləri, ziyalılar və rayon ictimaiyyəti iştirak ediblər.
Tamaşa teatrsevərlər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
XQ

