İranda inflyasiya rekord həddə çatıb

post-img

İranda sosial-iqtisadi vəziyyət get-gedə pisləşməkdədir. Ölkədə inflyasiya təhlükəli həddə çatıb. Dünən Tehran bazarında ABŞ dollarının məzənnəsi 55 min tüməni keçib. Məlumatı “Lenta.ru” verib. 

İranlı iqtisadçı ekspertlər ölkədəki iqtisadi durumun dəhşətli vəziyyətdə olduğunu bildirirlər. Onların fikrincə, bu ilin sonuna qədər ölkədə inflyasiyanın həcmi 40-50 faiz həddinə çatacaq. 

Ölkə büdcəsindəki kəsir də iqtisadçıları ciddi şəkildə narahat edir. İran parlamentinin üzvü Cəlal Mahmudzadə bildirib ki, İran hökumətinin yeni il üçün təklif etdiyi büdcə reallıqdan uzaqdır və 400 trilyon tümənə yaxın büdcə kəsiri olacaq: “Hökumət alternativ mənbə tapmasa, büdcə kəsirini xalqın cibin­dən götürməli olacaq. Bu isə kəskin inflyasiya və bahalıqla nəticələnəcək”. 

Hazırladı: Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər