DGK vətəndaşlara xarici ölkələrdən minik avtomobillərinin gətirilməsi ilə bağlı xəbərdarlıq etdi

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 29 mart tarixli “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” qərarına əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsi məhdudlaşdırılır və qərar 30 gün sonra qüvvəyə minir.

Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib.

Komitə vətəndaşların diqqətinə çatdırır ki, cari ilin martın 29-dək (29 mart tarixi də daxil olmaqla) xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədləri gömrük orqanlarına təqdim edilməklə gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər