Azərbaycanda “ağıllı” şəhər və kəndlərin yaradılması üzrə rəqəmsal xəritə hazırlanacaq

post-img

Azərbaycanda “ağıllı” şəhər və kəndlərin yaradılması üzrə rəqəmsal xəritə hazırlanacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimov deyib. O, Azərbaycanda “ağıllı” şəhər və kəndlər konsepsiyasının “ağıllı” infrastruktur və xidmətlərin, sosial məşğulluğun, “ağıllı” menecment və digər vasitələrin işlənməsini əhatə etdiyini bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti Qarabağda bu konsepsiyanın reallaşdırılmasına başlayıb və bu gün dünyanın aparıcı ölkələri, o cümlədən Avropa İttifaqı bizim təcrübəmizi tətbiq etməkdə maraqlıdır: “Bu gün Azərbaycanın bu və ya digər bölgəsində “ağıllı” şəhər və kəndlərin yaradılması üzrə vasitələrin qiymətləndirilməsi və işlənməsi istiqamətində işlər görülməkdədir. Biz, həmçinin investisiya planlarını və imkanlarını qiymətləndiririk. Bu işlər həyata keçirildikdən sonra müvafiq rəqəmsal xəritə hazırlanacaq”.

Son xəbərlər