Əməkdaşlıq məsələləri müzakirə olunub

post-img

Martın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyinin Mət­buat xidməti idarəsindən bildi­riblər ki, görüşdə Azərbaycanla Rusiya arasında humanitar və mədəniyyət sahələrində əmək­daşlıq məsələləri, regional hu­manitar layihələr müzakirə olu­nub.

Nazir Ceyhun Bayramov postmünaqişə dövründə Azər­baycanın sülh quruculuğu sahəsində səyləri, bölgədə ye­nidənqurma işləri barədə ətraf­lı məlumat verib. Ermənistan tərəfinin artan təxribatlarının, sülh sazişi üzrə danışıqlarda yaratdığı çətinliklərin, bölgə­də vəziyyəti gərginləşdirməyə yönəlmiş addımların sülhə ma­neə törətdiyi vurğulanıb. 

Xüsusi nümayəndə Mixayıl Şvıdkoy Azərbaycanın multi­kulturalizm məkanı olduğunu, Azərbaycanda keçirilən bey­nəlxalq forumların əhəmiyyətini xüsusi qeyd edərək, mədəniy­yət və humanitar sahələrdə bir­gə proqramların həyata keçiril­məsinə hazır olduqlarını bildirib. 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Q.QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər