Azərbaycan XİN-dən Fransanın ermənipərəst mövqeyinə etiraz

post-img

“Fransa tərəfinin beynəlxalq hüququn norma və prinsiplərinə, üzvü olduğu BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycanın suveren ərazilərindən qeyri-qanuni erməni silahlı qüvvələrinin çıxarılmasına çağırış əvəzinə, qanunsuz erməni silahlı birləşmələrini “polis” kimi təqdim etməsi və dolayısı yolla onların Azərbaycan ərazilərində təxribatlarına haqq qazandırması qəbuledilməzdir”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

“Fransa anlamalıdır ki, Ermənistanın Laçın yolunda etirazları bəhanə gətirərək, alternativ yollardan istifadə etməklə qeyri-qanuni hərbi fəa­liyyəti davam etdirməyə cəhd göstərməsi bey­nəlxalq öhdəliklərin kobud şəkildə pozulmasıdır”, - deyən A.Hacızadə Fransa XİN-nin növbəti dəfə bölgəmizdə baş verən təxribatları şərh edərkən, qərəzli və əsassız mövqe nümayiş etdirməsindən təəssüfləndiyini bildirib.

A.Hacızadə martın 6-da Fransa Xarici İşlər Nazirliyinin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolun­da Ermənistanın növbəti təxribatını Azərbaycan Silahlı Qüvvələrinin polis avtomobilinə hücumu kimi qiymətləndirməsi ilə bağlı yerli media nü­mayəndələrinin sualını cavablandırarkən onu da deyib ki, ölkəmiz 30 illik işğala son qoyulmasın­dan sonra Ermənistanın davam edən təxribatları­nın qarşısının alınması, öhdəliklərinə zidd olaraq Azərbaycan ərazilərindən hələ də çıxarılmayan erməni silahlı qüvvələri ilə mübarizə, o cümlədən silah, sursat və minaların suveren torpaqlarımıza daşınmasına və istifadəsinə imkan verilməməsi məqsədilə bütün zəruri addımları atmaqda qərar­lıdır və bu ölkəmizin suveren hüququdur.

 

“Xalq qəzeti”

Son xəbərlər