Laçın yolundakı aksiyanı Çexiya televiziyasının əməkdaşları da işıqlandırırlar

post-img

Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası yerinə Çexiya televiziyasının - "Ceskatelevize" kanalının əməkdaşları gəliblər.

Trend-in Şuşaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, xarici jurnalistlər Gokan Eren. Nemecek Pavel, Cernohorsky Vaclavdır

Aksiya iştirakçıları xarici jurnalistləri aksiyanın keçirilmə səbəbləri baradə də məlumatlandırıblar.

 

 

 

Hazırda xarici jurnalistlər aksiya yerindən çəklişlər edirlər.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Son xəbərlər