İspaniyada 8 medal

post-img

İspaniyanın Qvadalahara şəhərində Avropa çempionatında iştirak edən karateçilərimiz 8 medal qazanıblar. Mükafatların biri qızıl, dördü gümüş, üçü isə bürüncdür. 8 medaldan 1 qızıl, 2 gümüş və 1 bürünc medala para-karateçilərin payına düşür.

Azərbaycan Milli Karate Federasiyasından aldığımız məlumata görə, fərdi kumite yarışlarında İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (68+ kq) Avropa ikincisi olub. Tural Ağalarzadə (-67 kq) və Fərid Ağayev (-75 kq) isə bürünc medal qazanıb. Bu nəticə ilə Azərbaycan medal qazanan ölkələr arasında Xorvatiya ilə 9-10-cu yerləri bölüşüb. 5 gün davam edən qitə çempionatında 48 ölkədən 468 idmançı iştirak edib.
Para-Karateçilərin Avropa çempionatında Emiliya Mitlinova birinci yeri, Eldar Əhmədov ikinci pilləni, Nihat Məmmədzadə və Ariyana Mitlinova isə üçüncü sıranı tutub. Para-karateçilərimiz medal sıralamasında ikinci olub.    

Qeyd edək ki, böyüklərin növbəti Avropa çempionatı 2024-cü ildə Xorvatiyada keçiriləcək.                                                                

Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

İdman