Çempionlar Liqası: “Qarabağ” bu gün “Liverpul”la qarşılaşacaq

post-img

Bu gecə UEFA Çempionlar Liqasında liqa mərhələsinə yekun vurulacaq.

XQ xəbər verir ki, “Qarabağ” sonuncu – VIII turda İngiltərədə “Liverpul”un qonağı olacaq. “Enfild” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Matçı slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək.

Qeyd edək ki, “Qarabağ” hazırda 10 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. Azərbaycan çempionu “Liverpul”a qalib gələrsə, pley-off mərhələsinə vəsiqə qazanacaq. Heç-heçə və ya məğlubiyyət qeydə alınacağı halda isə Ağdam təmsilçisi digər matçların nəticəsini gözləməli olacaq.

İdman