Azərbaycan Güləş Federasiyasında yeni layihələrin müzakirəsi

post-img

Azərbaycan Güləş Federasiyası (AGF) müxtəlif sahələrin inkişaf etdirilməsi üçün yeni layihələrin həyata keçirilməsini planlaşdırır. Bu istiqamətdə atılacaq müxtəlif layihələrlə bağlı AGF-nin ofisində Milli Olimpiya Komitəsinin (MOK) rəsmiləri ilə görüş keçirilib.

MOK-un Beynəlxalq Proqramlar İdarəsinin müdiri Ceyhun Rəhmanovla keçirilən görüş zamanı bir sıra strateji əhəmiyyətli məsələlər müzakirə olunub. Məşqçilər üçün beynəlxalq təlim və sertifikasiya proqramlarında iştirak imkanları, müxtəlif ölkələrin təcrübəsinə əsaslanan milli idman sistemlərinin təkmilləşdirilməsi modelləri, eləcə də gənc atletlərin inkişafına yönəlmiş beynəlxalq layihə və proqramlara qoşulma perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Qabil YUSİFOĞLU
XQ

 

İdman