ABŞ məhbusu həşəratlar tərəfindən diri-diri yeyilib

post-img

Amerikanın Atlanta şəhərində (Corciya) məhbus Laşon Tompson çoxsaylı həşərat dişləmələri nəticəsində ölüb. Onun saxlandığı kamera o qədər çirkli olub ki, onu aşkar edən işçi xüsusi qoruyucu kostyum geyinməli olub. Bu barədə "Washington Post" qəzeti məlumat verib.

Qeyd edilir ki, hadisə 2022-ci ilin sentyabrında baş verib, lakin bu barədə Amerika mətbuatında məlumat yalnız ötən gün yayılıb. 

Tompson keçən ilin iyun ayında "fiziki güc tətbiq" ittihamı ilə həbs edilmişdi.

Qəzetin həbsxana hesabatına istinadən xəbər verir ki, Tompsonun üzü, yuxarı və aşağı ətrafları "dərinin dəfələrlə soyulmasından kəsiklər və zədələr" ilə örtülmüşdü. Xəbərdə, həmçinin deyilir ki, “sentyabr ayında polis əməkdaşları onu huşsuz vəziyyətdə aşkar edən zaman kamera palçıq və bitlə örtülmüşdü”.

Öz növbəsində Tompsonun vəkili Maykl Harper bildirib ki, həbsxana rəsmiləri adamı kamerada “ölməyə buraxıblar”. Onun sözlərinə görə, Tompson həşəratlar tərəfindən "diri-diri yeyilib". Vəkil qeyd edib ki, məhbus sağlam olub və həbsdən əvvəl heç bir fiziki xəstəliyi olmayıb.

Hadisə ilə bağlı mərhumun ailəsinin məhkəməyə müraciət etmək niyyətində olduğu vurğulanır. 

"Xalq qəzeti"

Hadisə