Türkiyədə zəlzələ: 6234 nəfər həlak olub, 37 mindən çox insan yaralanıb

post-img

Türkiyədə zəlzələ nəticəsində 6234 nəfər həlak olub, 37 mindən çox insan xəsarət alıb.

AZƏRTAC TRT telekanalına istinadla xəbər verir ki, Türkiyə vaxtı ilə saat 6:15-ə olan son məlumat Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən açıqlanıb.

Zəlzələnin ardından 647 afterşok qeydə alınıb.

Xilasedicilər zamanla yarışaraq dağıntılar altından sağ qalan insanları çıxarırlar. Məsələn, Şanlıurfada bir uşaq zəlzələdən 47 saat, Hatayda iki qadın 48 saat, Kahramanmaraşda bir kiçi 52 saat sonra xilas edilib.

Qeyd edək ki, Azərbaycanlı xilasedicilər üçü uşaq olmaqla 16 nəfəri dağıntılar altından sağ çıxarıb.

01:22

 

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 5894 nəfərə, yaralananların sayı isə 34 min 810 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Vitse-prezident Fuat Oktay canlı yayımda bildirib.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Fevralın 7-də Adıyaman şəhərinin Gölbaşı rayonunda 5,3 bal gücündə daha bir zəlzələ olub.

Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.

Hadisə