Xocalı faciəsi Azərbaycan xalqının qan yaddaşından heç zaman silinməyəcək

post-img

Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Tədbirdə institutun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov bildirib ki, ermənilərin xalqımıza qarşı əsrlər boyu törətdiyi qanlı hadisələr və etnik təmizləmə siyasəti onların “böyük Ermənistan” yaratmaq xülyasına xidmət edən çirkin əməlləridir. O, Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşından heç zaman silinməyəcəyini vurğulayıb.

Bildirilib ki, Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə verilib.

Əməkdar jurnalist Tofiq Abbasov Xocalı faciəsinin başvermə səbəblərindən və acı nəticələrindən danışıb. Qeyd olunub ki, 63-ü uşaq, 106-sı qadın olmaqla 613 nəfər Xocalı sakinini qətlə yetirib.

T.Abbasov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsi zamanı Zəfər qazandığını, torpaqlarımızın işğaldan azad olunduğunu və Xocalı qurbanlarının qisasının alındığını vurğulayıb.

Digər çıxış edənlər də Xocalı soyqırımının dəhşətlərindən bəhs ediblər.

Elm