Hava “qaşqabaqlı” olacaq

post-img

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-14° isti, gündüz 16-20° isti olacaq. At­mosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 faiz olacaq. Azərbaycanın ra­yonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntı­lı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehti­malı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. 

Havanın temperaturu bölgələrdə gecə 12-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 7-12°, bəzi yerlərdə 15° isti olacaq.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Ekologiya