“Atmaca” hədəflərinə zərbələr endirib

post-img

Türkiyənin “Atmaca” raketi bu yaxınlarda Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının inventarına daxil olub.

Türkiyənin yerli ROKETSAN şirkətinin istehsalı olan bu raket ölkənin ilk dəniz raketi hesab olunur. 

Şirkətin hazırladığı yeni videoda “Atmaca”nın hədəfini vurduğu anlar yer alıb.

“Atmaca” gəmi əleyhinə raketlərin yeni nəsli sayılır. “Səth-səth” tipli bu raket aşağı radar izinə, yüksək dəqiqlikliyə, hədəfləri yeniləyə bilmə, yenidən hücum və tapşırığın ləğvi, habelə hər cür hava şəraitində missiyanın icrasına, hərəkətli və sabit təhlükələri zərərsizləşdirmək imkanına sahibdir.

 

Rizvan FİKRƏTOĞLU,

"Xalq qəzeti"

Dünya