Almaniya Ukraynaya 20 BMP göndərəcək

post-img

Almaniya Müdafiə Nazirliyi Ukraynaya "Marder" piyadaların döyüş maşınlarının əlavə partiyasını göndərməyi planlaşdırır.

“Xalq qəzeti” xəbər verir ki,  bu barədə Almaniya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir. 

Məlumatda qeyd olunur ki, yaxın aylarda “Rheinmetall” şirkətinə daxili ehtiyatlarında olan 20 piyada döyüş maşınının daşınması və sonrakı istifadəsinə hazırlaşmaq göstərişi verib.

 

Bu çatdırılma Kiyevin artıq aldığı 40 piyada döyüş maşınına əlavə olacaq.

Anar ƏLİ,

“Xalq qəzeti”

Dünya