Kabildən Urumçiyə müntəzəm aviareyslər bərpa edilib

post-img

Əfqanıstanın milli aviadaşıyıcısı “Ariana Əfqan Hava Yolları” şirkəti mayın 24-dən etibarən paytaxt Kabil ilə Çinin Sincan Uyğur Muxtar Rayonunun paytaxtı Urumçi şəhəri arasında müntəzəm sərnişin təyyarəsi uçuşlarını bərpa edib.

“Euronews” agentliyi xəbər verir ki, sözügedən istiqamətdə müntəzəm uçuşlar COVID-19 böhranı səbəbindən, təxminən, üç il idi dayanmışdı. Uçuş­lar həftədə bir dəfə reallaşacaq. “Ari­ana Əfqan Hava Yolları” iki ölkə ara­sında birbaşa uçuşları yerinə yetirən yeganə şirkətdir.

Əfqanıstanın nəqliyyat və avia­siya nazirinin müavini Qulam Cilani Vəfa bildirib ki, iki ölkə arasında bir­başa uçuşların bərpası iqtisadi-tica­ri əlaqələrin inkişafına müsbət təsir göstərəcək.

“Xalq qəzeti”

Dünya