Florida qubernatoru prezidentliyə namizədliyini elan edib

post-img

Florida ştatının qubernatoru Ron Desantis 2024-cü ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürdüyünü elan edib.

Siyasətçi bu barədə özünün tvitter he­sabında yazıb. “Mən Amerikanın böyük qayıdışına başçılıq etmək üçün seçkilər­də iştirak edirəm”, – deyə o, bildirib.

ABŞ federal seçki komissiyasının saytında yerləşdirilən məlumata görə, Ron Desantis mayın 24-də prezident seçkilərində iştirak etmək üçün sənədlə­rini verib.

Respublikaçılar partiyasını təmsil edən 44 yaşlı qubernator namizədlik uğrunda Birləşmiş Ştatların sabiq dövlət başçısı Donald Trampla mübarizə apara­caq. Ekspertlərin fikrincə, Ron Desantis respublikaçılar arasında sabiq preziden­tin əsas rəqibidir.

NBC telekompaniyasının keçirdiyi sorğunun nəticələrinə görə, respublika­çı seçicilərin 31 faizi praymerizdə Ron Desantisi, 46 faizi isə Donald Trampı dəstəkləməyə hazırdır.

Dünya