Pentaqon: Növbəti "Ramşteyn"də Ukraynaya F-16-nın transferi müzakirə ediləcək

post-img

Mayın 25-də baş tutacaq növbəti Ramşteyn görüşündə Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, sursatla təminat və F-16 qırıcılarının təhvil verilməsi məsələləri müzakirə olunacaq.

RBC-Ukrayna xəbər verir ki, bunu Pentaqonun spikeri Patrik Rayder deyib.

İclas Ukraynanın təcili ehtiyaclarını səsləndirməsi və cəbhədəki hadisələrin gedişatı barədə danışması ilə başlayacaq. Pentaqonda yerüstü hava hücumundan müdafiə sisteminin gücləndirilməsi və hərbi sursatla təmin edilməsinin prioritet mövzular olaraq qalacağı gözlənilir.

“Sonra da F-16-nın hazırlanması ilə bağlı müzakirələr aparılacaq”, deyə Rayder məlumat verib.

O, ukraynalı pilotların Avropada təlim keçəcəyini vurğulayıb, lakin bu məsələ ilə bağlı ətraflı məlumat verməkdən imtina edib.

S.ELAY,

"Xalq qəzeti"

Dünya