5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsi tərəfindən rayonun təhsil ictimaiyyəti üçün xüsusi əhəmiyyət daşıyanyenilikçi layihə həyata keçirilib.
Təhsil və məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlər üçün valideynlər arasında gizli səsvermə ilə “Ən yaxşı müəllim” nominasiyası üzrə seçim təşkil olunub. Bu təşəbbüs rayon miqyasında ilk dəfə gerçəkləşibvə genişt rəğbət qazanıb. Səsvermədə valideynlərin fəal iştirakı, onların müəllimlərin fəaliyyətinə verilən dəyəri əks etdirən nümunəvi bir addım kimi qarşılanıb.
Seçim turu 3 saylı xüsusi təhsil məktəbini, 10 və 272 nömrəli tam orta məktəbi, 3 nömrəli İnternat məktəbini, 3 nömrəli Uşaq-gənclər idman məktəbi, 13 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları Uşaq-gənclər idman məktəbi), həmçinin 172, 59 və 110 saylı uşaq bağçalarını əhatə edib.
Tədbirdə çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin sədri Subut Əsədov tədbir iştirakçılarını və bütün müəllimləri komitə sədri Araz Paşayev adından təbrik edərək onların təhsil sahəsindəki rolunu vurğulayıb. O qeyd edib ki, bu cür tədbirlər müəllim peşəsinin ictimai nüfuzunu artırmaqla yanaşı, onların əzmkar fəaliyyətinin dəyərləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Natiq qeyd edib ki, müəllim yalnız dərs deyən deyil, vətənə, və gələcək nəsillərə xidmət edən fədakardır. Bu gün burada olan hər bir müəllim, öz zəhməti ilə gələcəyin vətəndaşını yetişdirən əsl qəhrəmandır. Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının məsul əməkdaşları Afaq Ramaldanova və Ağca Məmmədova da iştirak ediblər.
Sonda səsvermə nəticəsində “Ən yaxşı müəllim” adına layiq görülmüş müəllimlər Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıb. Mükafatlandırılan müəllimlərinsevinc dolu anları onların həmkarları və valideynlər tərəfindən alqışlarla qarşılanıb. Subut Əsədov sonda qeyd edib ki, bu cür təşəbbüslərin gələcəkdədə davam etdirilməsi planlaşdırılır. Məqsəd təkcə ən yaxşıları seçmək deyil, eyni zamanda müəllimlərin motivasiyasını artırmaq, onların fədakarlığını və təhsildəki rolunu cəmiyyətə tanıtmaqdır.


.jpeg)
.jpeg)
