Xarici ticarət iştirakçıları ilə görüşlər keçirilib

post-img

Astara Gömrük İdarəsində, Balakən Gömrük İdarəsinin təşəbbüsü ilə Şəki şəhərində, “Poçt və ekspres daşımalar” gömrük postunda xarici ticarət iştirakçıları ilə növbəti görüşlər keçirilib.

XQ xəbər verir ki, görüşlərdə gömrük sistemində aparılan islahatlardan bəhs edilib, “Zərərli maddələr və tullantıların qanunsuz ticarəti”, həmçinin “Gömrük sərhədindən keçirilməsinə qadağa və məhdudiyyət tədbirləri tətbiq olunan bəzi malların kodlu Siyahısı” və həmin Siyahıdan istifadə qaydaları barədə məlumat verilib.

Sonda xarici ticarət iştirakçılarının rəy və təklifləri dinlənilib, onların sualları cavablandırılıb.









Sosial həyat