“Peşəyönümlü təhsilin inkişafına yardım” ictimai birliyi “Universitetlərin rəqabət qabiliyyəti mövzusunda maarifləndirici dəyirmi masaların təşkili” adlı layihənin icrasını tamamladı.
Azərbaycan Respublikası “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi”nin verdiyi kiçik qrant hesabına “Peşəyönümlü təhsilin inkişafına yardım” ictimai birliyi “Universitetlərin rəqabət qabiliyyəti mövzusunda maarifləndirici dəyirmi masaların təşkili” adlı layihənin icrasını yekunlaşdırdı. Məlumdur ki, bizim universitetlər 20 ildir ki, universitetlərin qlobal reytinqlərində çox zəif nəticələr göstərirlər. Çünki, universitetlərimiz qlobal təhsil bazarında rəqabətə davamlı deyil. Bunun bir çox səbəbləri var.
Təcrübə gösrtərir ki, bizim universitetlər nəinki rəqabətə davamlı deyil, hətta bəzi universitetlərdə “ali təhsil müəssisəsinin rəqabət qabiliyyəti nədir?” sualına birqiymətli cavab verə bilmirlər. Universitetlərimizinn beynəlxalq rəqabətqabiliyyəliyi olmaması səbəbi ilə bizdə oxuyan əcnəbi tələbələrin sayı xeyli azdır. Məsələn, bu il Türkiyə universitetlərində 300 min əcnəbi tələbə təhsil alır. Türkiyədə Azərbaycandan 34 min tələbəmiz təhsil alır. Təxminən bir o qədər də toplam olaraq digər ölkələrdə tələbələrimiz ola bilər. Yəni xarıcdə 70 min tələbəmiz varsa, bizdə əcnəbi tələbələrin sayı 7-8 min nəfərdir. Bu həm iqtisadi, həm də beynəlmiləlləşmə baxımından alğışlanmayan göstəricidir.
Bu səbəbdən universitetlərdə belə bir mövzuda maarifləndirici dəyirmi masaların keçirilməsinə ehiyac var idi. Əslində belə müzakirələr davamlı olaraq və bütün universitetlərdə təşkil edilməlidir. Yaxşı haldır ki, Azərbaycan Respublikası “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” təhsil problemlərinə dair belə layihələrə mütəmadi olaraq qrant ayırır.
Qeyd edək ki, “Peşəyönümlü təhsilin inkişafına yardım” ictimai birliyi sistematik olaraq agentliyin dəstəyi ilə təhsil müəssislərində belə aktual mövzularda tədbirlər təşkil edir.
Sonuncu layihə çərçivəsində olan dəyirmi masalarda universitetlərin rəqabət qabiliyyəti nədir, universitetlərin rəqabət qabiliyyətliyi meyarları, universitetlərin rəqabət qabiliyyətliyi və rəqabət üstünlükləri, niyə universitetlərimiz rəqabət qabiliyyətli deyil və başqa məsələlər müzakirə edildi. Belə təbdbirlər ADA universitetində, SDU-də və ADPU-da keçirildi. Tədbirlərdə ADA, ADPU, UNEC və digər universitetlərin əməkdaşları, təhsil ekspertləti, təhsil yönümlü QHT nümayəndələri, jurnalistlər iştirak etdilər. Layihə rəhbəri “Peşəyönümlü təhsilin inkişafına yardım” ictimai birliyinin təsisçisi, təhsil eksperti, dosent İlham Əhmədovun “Universitetlərin rəqabət qabiliyyəti” mövzusunda təqdimatı iştirakçılar böyük maraqla qarşılandı və sonda mövzu ətrafında maraqlı diskusiyalar aparıldı.
XQ