Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Balıkesir Universiteti arasında anlaşma memorandumu imzalanıb.
Universitetdən bildirilib ki, memorandumda hər iki universitetin fakültələrində, onların nəzdində fəaliyyət göstərən institut və kolleclərdə təlim-tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihələrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Həmçinin elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planlarının və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər memorandumda öz əksini tapıb.
Sənədi rektor Elçin Babayev və Balıkesir Universitetinin rektoru Yücel Oğurlu imzalayıblar.
Balıkesir Universiteti “QS Qərbi Asiya reytinqi”ndə 61-ci pillədə qərarlaşır.