UNEC ilə Süleyman Dəmirəl Universiteti ortaq fakültə yaradacaq

post-img

Türkiyənin Süleyman Dəmirəl Universitetinin rektoru professor Mehmet Saltan Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

UNEC-dən bildirilib ki, rektor professor Ədalət Muradovla keçirilən görüşdə tərəflər arasında hər iki universitet barədə məlumat mübadiləsi aparılıb, mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Müzakirələrin nəticəsi olaraq, UNEC-də beynəlxalq akkreditasiyadan keçmiş proqramlar üzrə ortaq fakültə yaradılması barədə razılıq əldə edilib.

Təhsil