46 mindən çox uşaq I sinfə gedəcək

post-img

2024-2025-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarə­sinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə, 513 min 698 şagirdin təhsil alacağı gözlənilir.

Qurumdan mediaya verilən məlumatda, həmçinin qeyd olunub ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 46 min 98 şagirdin təhsil alacağı proq­nozlaşdırılır.

BŞTİ-nin tabeliyində fəaliy­yət göstərən məktəbəqədər təhsil müəssisələrinə 45 min 201 uşa­ğın, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına isə 29 min 216 beşyaşlının cəlb olunacağı gözlənilir.

Yeni tədris ilində idarənin ta­beliyində fəaliyyət göstərən ümu­mi təhsil müəssisələrində 29 min 400 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 4 830 tərbiyə­çi-müəllim çalışacaq.

Qeyd edək ki, BŞTİ-nin tabeli­yində 698 təhsil müəssisəsi fəaliy­yət göstərir. Onlardan 342-si mək­təbəqədər təhsil müəssisəsi, 327-si ümumi təhsil, 3-ü xüsusi tipli ümu­mi orta məktəb, 5-i əyani-qiyabi axşam məktəbi, 12-si internat tipli müəssisə, 9-u isə məktəbdənkənar müəssisədir.

XQ

Təhsil