Azərbaycan Texnologiya Universiteti Polşada təmsil olunub

post-img

Azərbaycan Texnologiya Universiteti (ATU) Erasmus+ proqramı çərçivəsində Polşada təmsil olunub. Müxtəlif ölkələrdən bir sıra qabaqcıl universitetlərin nümayəndələrinin iştirak etdiyi "Beynəlxalq Həftə"də ATU-nu İnnovasiya Mərkəzinin direktoru Şamo Salayev təmsil edib.  

Təlim proqramına əsasən işitrakçı universitetlər öz təqdimatları ilə çıxış edib,  kordinator universitetin tədqiqat və innovasiya ekosistemi, texniki infrastrukturu, virtual-simulyator tədris otaqları, elektron və fiziki kitabxanaları, eləcə də Polşada təhsil və tədrisin inkişafı, universitet və sənaye əlaqələri ilə müasir peşələrə hazırlıq strategiyası kimi mühüm istiqamətlərdə təqdimatları nümayiş etdirilib. 

Həmçinin müasir innovativ tədrisin inkişafı məqsədilə iştirakçı universitetlərin uğurlu təcrübələrinin tətbiq edilməsi və gələcəkdə yeni əməkdaşlıqların qurulması istiqamətində müzakirələr aparılıb.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Gəncə





Təhsil