Azərbaycan Texnologiya Universitetində İctimai Şuranın iclası keçirilib

post-img

Azərbaycan Texnologiya Universitetində İctimai Şuranın (İŞ) ikinci iclası keçirilib. İclasda Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov İctimai Şura üzvlərini salamlayıb, müzakirə olunacaq məsələlərin, ediləcək təklif və tövsiyələrin, ümumilikdə ictimai rəyin öyrənilməsinin universitetin fəaliyyətində əhəmiyyətini vurğulayıb.

İclasda İŞ üzvlərindən  Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev, “Təmas” Regional İnkişaf İB-nin sədri Südabə Məmmədova, , ATU-nun tədris işləri üzrə prorektoru Raqif Hüseyno və başqaları iştirak edib.Onlar 2023/2024-cü tədris ilinin yay imtahan sessiyası ilə tanış olub, prosesi monitor vasitəsilə izləyiblər. İŞ üzvlərinə imtahanların gedişi və təşkili, İmtahan Komissiyası, Apellyasiya Komissiyasının fəaliyyəti ilə bağlı məlumatlar təqdim edilib. 

İclasda yay imtahan sessiyasının ardından ATU-nun inkişafı ilə bağlı mövcud vəziyyət və qarşıda duran məsələlər müzakirə edilib. Yekunda şura tərəfindən universitet rəhbərliyinə təklif və tövsiyələr təqdim edilib.

 







Təhsil