Bu gün Zəngilan şəhər məscidində ilk dəfə olaraq Qurban bayramının namazı qılınıb.
İbadətdə Ağalı kəndinin sakinləri və bir sıra din xadimləri iştirak ediblər. Bayram namazında Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhuna dualar edilib, Azərbaycan xalqına əmin-amanlıq və ruzi bərəkət arzulanıb. (AZƏRTAC)