Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əməkdaşı Samir Məhərrəmov Rumıniyanın Alexandru İoan Cuza Universitetinin təşkilatçılığı və Avropa Birliyinin “Erasmus+” programı çərçivəsində VII Beynəlxalq təlim həftəsində olub.
Rumıniyada baş tutan beynəlxalq təlim həftəsinin gündəmində “İş yerində Time Management”, “Stress Management”, “Effective Communication” və Alexandru İoan Cuza Universitetinin Bədən tərbiyəsi və idman fakültəsinin professoru Aleksandr Opeanın rəhbəliyi ilə “İdmanla stresslə necə mübarizə aparmaq” adlı mövzular əksini tapıb. Tədbir iştirakçları UNESCO-nun siyahısına daxil edilən Rumıniyanın Probota monastrını, İaşi şəhərindəki Botanika bağını ziyarət ediblər.
Beynəlxalq təlim həftəsinə Avstriya, Fransa, Almaniya, Albaniya, Azərbaycan, Gürcüstan, Montenegro, Türkiyə və s. ölkə universitetlərinin nümyanədələri qatılıb.
VII Beynəlxalq təlim həftəsinin iştirakçıları sertifikatla mükafatlandırılıblar.
Z.BƏŞİRQIZI
XQ