Azərbaycan-Misir əlaqələri tarixi məqam nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdir

post-img

İyun ayının 7-si Azərbaycan Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasına baş tutan iki günlük səfəri bir çox aspektlərdən xüsusilə diqqəti cəlb edir. Səfər çərçivəsində Azərbaycan və Misir arasında bir sıra sahələrdə, həmçinin, elektrik və bərpaolunan enerji, iqtisadiyyat, sərmayə və azad zonalar, informasiya və kommunikasiya texnologiyaları, gənclər və idman və digər bir sıra sahələrdə əməkdaşlıq sənədləri imzalanıb.

Hər iki ölkənin Prezidentləri səfər çərçivəsində keçirilən mətbuat konfransında əməkdaşlığın dərinləşməsi, iki ölkə arasında dostluq münasibətlərinin inkişafı haqda bəyanatlar veriblər. Azərbaycan-Misir əlaqələri hər zaman isti olub, iki ölkə arasında ciddi soyuqluq mövcud olmayıb. Cari ilin 8 iyun səfərini bu mənada əməkdaşlığın dərinləşdirilməsi cəhdi kimi qiymətləndirmək olar.

Dövlətimizin başçısı İlham Əliyevin Misir Ərəb Respublikasına rəsmi səfəri siyasi əhəmiyyəti və tarixi məqam nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdir. Belə ki, bu səfərin iki ölkə arasında münasibətlərin daha da inkişafına, uğurlu perspektivinə ciddi töhfə verəcəyinə şübhə yoxdur. Keçirilən görüşlərin nəticəsi olaraq imzalanan sənədlər Azərbaycan və Misir arasında çoxspektrli əməkdaşlığın dərinləşdirilməsi üçün zəruri hüquqi bazanı daha da təkmilləşdirəcək, beynəlxalq platformalarda bundan sonra da onların vahid mövqedən çıxış etmələrinə möhkəm zəmin yaradacaq.

Bu gün Azərbaycan–Misir münasibətləri özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bakı ilə Qahirə arasında inten­sivləşən təmaslar, imzalanan sənədlər hər iki xalqın milli maraqlarına cavab verir. Prezidentlərin qarşılıqlı səfərləri əməkdaşlığın sürətlə genişləndi­rilməsi baxımından yeni imkanlar yaradır, ölkələrimiz arasında münasibətlərin inki­şafı üçün böyük potensialın mövcudlu­ğundan xəbər verir. Bu mənada, Azər­baycan Prezidenti İlham Əliyevin Misirə rəsmi səfəri ölkələrimiz arasında əmək­daşlığın dərinləşdirilməsinə yeni töhfələr verəcək. Bu əməkdaşlıq dünyada islamo­fobiya meyillərinin gücləndiyi indiki dövr­də xüsusi əhəmiyyət daşıyır. Qeyd edək ki, Azərbaycan beynəlxalq miqyasda özünü göstərən dini, irqi ayrı-seçkilik kimi zərərli tenden­siyalara qarşı fəal mübarizə aparır. Belə ki, İslam həmrəyliyi prinsipini rəhbər tutan ölkəmiz bu məqsədlə ərəb dövlətləri ilə həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Birləşmiş Millətlər Təşki­latı (BMT) və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdiril­məsində maraqlıdır. Azərbaycanın ərəb dövlətləri ilə əlaqələrində Misirlə münasibətləri xüsusi əhəmiyyət daşıyır.

Dövlətimizin başçısı İlham Əliyevin 2022-ci ilin noyabrında Ərəb Dövlətləri Liqasının (ƏDL) Əlcəzairdə keçirilən 31-ci Zirvə toplantısında iştirakını qeyd etməliyik. Əl­cəzair Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə fəxri qonaq statusunda iştirak etdiyi həmin toplantıda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın bu mötəbər təşkilatla əlaqələri inkişaf etdirmək istəyi­ni vurğulayaraq bildirib: “Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı müna­sibətlərin xüsusi xarakteri var. Bu yay mənə baş katib cənab Əbul Qeyti Bakıda qəbul etmək şərəfi nəsib olub. Biz gələ­cək əməkdaşlığımızla bağlı geniş söhbət apardıq. Azərbaycan 2006-cı ildən təş­kilatın müşahidəçi statusunda üzvüdür və biz əməkdaşlığımızı genişləndirmək istəyirik”.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

 



Siyasət