Azərbaycana səfərə gəlmiş Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvarın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub.
Universitetdən bildirilib ki, qonaqlar elm və təhsil naziri Emin Əmrullayev və AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüblər.
Əvvəlcə qonaqlara AzTU-da görülən işlər haqqında ətraflı məlumat verilib. AzTU və Türkiyə universitetləri arasında mövcud əməkdaşlığın vəziyyəti, birgə həyata keçirilən layihələr və perspektivdə nəzərdə tutulan fəaliyyətlər barədə müzakirələr aparılıb.
Daha sonra qonaqlar AzTU-nun kampusunu ziyarət ediblər.