Bakı Şəhəri üzrə Təhsil İdarəsi: Orta məktəblərdə qızılca xəstəliyi ilə bağlı məlumat daxil olmayıb

post-img

Ümumi təhsil müəssisələrində qızılca xəstəliyinin kütləvi yayılması ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) məlumat daxil olmayıb.

Bu barədə BŞTİ-dən məlumat verilib. Bildirilib ki, məktəblərdə tibbi xidmət işi yerli poliklinikalar tərəfindən təyin edilmiş tibb bacısı və ya həkim tərəfindən həyata keçirilir. Təhsil müəssisələrinə təyin edilmiş tibb bacısı və ya həkimin işinə müvafiq poliklinikalar tərəfindən nəzarət edilir.

Səhhətində narahatlıq müşahidə edilən məktəblilər tibb bacısı və ya həkim tərəfindən ilkin müayinə olunur, valideyn ilə əlaqə saxlanılır, şagirdin vəziyyətinə uyğun tədbirlərin görülməsi təmin edilir. Valideynlərə hər zaman tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil.

Təhsil