Yeni Füzulinin ilk məktəbi onun sabahını nurlandırır

post-img

Mübaliğəsiz deyə bilərik ki, Azərbaycanda müəllimə həmişə böyük hörmət olub və indi də var. Hər kəs onun şəxsiyyətinə ehtiramla yanaşır. Ümummilli Lider Heydər Əliyev bu barədə deyib: “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram”.

Ölkəmizdə, xüsusilə də işğaldan azad edilmiş ra­yonlarda məktəb tikintisinə ciddi diqqət yetitilir. Yeni təhsil ocaqlaırından biri də Füzulidə qardaş Özbəkistan Respublikasının inşa etdiyi 960 şagird yerlik tam orta məktəbdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu təhsil ocağı Azərbaycan və Özbəkistan xalqlarının qar­daşlığının rəmzidir. Şəhərə qayıdan ilk şagirdlər məhz bu məktəbdə təhsil alırlar. Hazırda onların sayı 160-dır, amma tezliklə 400-ə ça­tacaq. Şagirdlərin təlim-tər­biyəsi ilə 15 müəllim məşğul olur. 

Böyük alim və hökmdar, riyyaziyyatçı, astronom Mir­zə Uluqbəyin adını daşıyan 1 nömrəli tam orta məktəbin direktoru Həcər Mahmudo­va bildirib ki, 30 il öncə, 26 yaşında bu şəhəri tərk edən sakin kimi yenidən doğma ocağa qayıtmasını böyük xoşbəxtlik sayır: 

– Bu unudulmaz anla­rı bizə yaşatdığınıza görə Azərbaycan Prezidenti İl­ham Əliyevə, qalib Ordumu­za minnətdaram. Bu gözəl məktəbi tikib bizə bəxş edən özbək qardaşlarımız da var olsunlar. Biz, pedaqoji kol­lektivin üzvləri burada təhsil alan şagirdlərin gələcəkdə yüksək bilik və bacarığa, eyni zamanda, milli-mənəvi dəyərlərə sahib vətəndaş­lar kimi yetişməsi üçün var qüvvəmizlə çalışırıq. Bu da ölkəmizin gələcəyi, onun dünyada layiqli yer tutması baxımından çox vacibdir.

Direktor daha sonra dedi:

– 2023/2024-cü təd­ris ilində məktəbdə 11 sinif təşkil edilib. “Şagirdlərin və buna uyğun da siniflərin sayı getdikcə artacaq. Çünki Pre­zident İlham Əliyevin tapşı­rığına uyğun olaraq, yeni­dən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Artıq Füzuli şəhərində 144 ailə­nin, yəni 514 nəfərin daimi məskunlaşması təmin edi­lib. Deməli, köç karvanları gəldikcə şagirdlərin sayı da artacaq.

Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin daha həyəcanlı olanları isə 1-ci sinif şagirdləridir. İlk dəfə müəllimlərinə deyirlər: “Müəllim, bayramınız mü­barək! Uşaqlar hər şeyi öy­rənməyə çalışırlar. Müəllim­lərinə tez-tez suallar verir, biliklərini artırır və Füzulinin tarixi ilə də yaxından ma­raqlanırlar. Onlar məktəbdə öyrəndiklərini heç vaxt unut­mayacaqlar. Müəllimlərimiz onlara parta arxasında otur­mağı, düzgün yazıb, oxu­mağı, özünə inamlı olmağı öyrədirlər”.

Bu məktəbin müəllimləri barədə də xoş sözlər söylə­nilir. Onların sevib-seçdikləri bu peşənin böyük məsuliy­yət tələb etdiyi qeyd edilir. Bu barədə məktəb direktoru deib: “Xüsusilə gənc müəl­limlər daha diqqətli olmalı­dırlar. Çünki cəmiyyətimizin sabahı olan nəsillə işləyirlər, heç bir yanlışlığa, səhvə yol verməməlidirlər. Unut­mayaq ki, cəmiyyət məhz müəllim əməyinin nəticə­sində formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqlı insanlar yetişir. Müəllimlərimizin ha­mısı peşələrini sevirlər. Buna görə də tezliklə bizim məktəbin adı qabaqcıl təhsil ocaqları sırasında çəkilə­cək”. 

Pünhan ƏFƏNDİYEV
XQ



Təhsil