Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə dünən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə DYMX-nin hissələri arasında təşkil edilmiş “Ən yaxşı manqa” adı uğrunda baxış-müsabiqəsinin final mərhələsi keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd əməkdaşların döyüş və taktiki hazırlıq səviyyəsinin daha da artırılması, peşə vərdişlərinin təkmilləşdirilməsindən ibarət olub.
DYMX-nin Xidmətin təşkili və peşə hazırlığı şöbəsinin əməkdaşlarının hakimlik etdiyi və gərgin mübarizə şəraitində keçən final müsabiqəsinin nəticələrinə əsasən, Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsi “Ən yaxşı manqa” baxış-müsabiqəsində 1-ci yeri tutub. 2-ci və 3-cü yerləri isə müvafiq olaraq Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsi və Hacıqabul Rayon Dövlət Yanğından Mühafizə Hissəsi bölüşüb.
XQ

