Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Beyləqan rayonu, Birinci Şahsevən kəndində fəaliyyət göstərən, Allahverdiyev Xəlil Hüseyn oğluna məxsus kafedə plandankənar yoxlama keçirib.
XQ xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Baxış zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi məlum olub, eləcə də bir sıra nöqsanlar aşkarlanıb.
İctimai iaşə obyektində qida məhsullarının saxlanması zamanı temperatur rejiminə əməl olunmadığı, emalı prosesində suyun filtirdən keçirilmədiyi, mətbəxdə döşəmə və divar səthlərinin təmirsiz olduğu, asan təmizlənən və dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, alət və avadanlıqların, soyuducu rəflərinin korroziyaya uğradığı, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı obyektin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.


