Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları qan veriblər

post-img

Aprelin 17-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ümumdünya Hemofiliya Günü münasibətilə “Ailəm könüllüləri” adlı qanvermə aksiyası keçirib.

XQ xəbər verir ki, aksiya Səhiyyə Nazirliyi, Hemofiliyalı Xəstələrin Respublika Assosiasıyası, “Birlik” Xeyriyyə Təşkilatı, Azərbaycan Gənc Müəllimlər Assosiasıyası, Azərbaycan Uşaqlarının İnkişaf Platforması və Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə təşkil olunub.

Qanvermə prosesi Respublika Qan Bankının xüsusi tibb briqadasının həkim hematoloqları tərəfindən həyata keçirilib. Qan götürülməzdən əvvəl hər bir donorun sağlamlıq vəziyyəti yoxlanılıb.

Aksiyasının əsas məqsədi talassemiya və hemofiliya, leykoz və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatının yaradılması, cəmiyyətdə və orduda könüllü və təmənnasız qan donorluğu ənənələrinin qorunub saxlanması, o cümlədən qan və qan komponentləri ehtiyatının davamlı şəkildə təmin olunmasıdır.

Sosial həyat