“Hər məsciddə kitabxana” layihəsi Bakı şəhərində davam etdirilib

post-img

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçirilən “Hər məsciddə kitabxana” layihəsinin növbəti mərhələsi Bakı şəhərində uğurla başa çatıb.

Bu mərhələ çərçivəsində Bakı şəhərindəki bir sıra məscidlərə kitablar təqdim olunub. Nəşrlər arasında yalnız dini mövzulu əsərlər deyil, həm də fəlsəfə, tarix, ədəbiyyat və humanitar sahələrə aid kitablar, eləcə də Azərbaycan və dünya klassiklərinin nümunələri yer alıb.

Təşəbbüsün əsas məqsədi milli-mənəvi dəyərlərin təbliği, xüsusilə gənclər arasında mütaliə mədəniyyətinin inkişaf etdirilməsi, eyni zamanda məscidlərin yalnız ibadət yeri deyil, həm də ictimai-mədəni mərkəz kimi fəaliyyət göstərməsinə töhfə verməkdir.

Qeyd edək ki, 2025-ci ildə ölkənin müxtəlif bölgələrində yerləşən 250 məscid kitabxana ilə təmin edilib.

Bu mərhələ aşağıda adları göstərilən məscidləri əhatə edib:

Bakı şəhəri:

Binəqədi rayonu, “Heydər” məscidi       

Binəqədi rayonu, “İmam Əli” məscidi

Binəqədi rayonu, “Came” məscidi

Binəqədi rayonu, Biləcəri qəsəbə məscidi          

Binəqədi rayonu, Biləcəri 1-ci məhəllə məscidi            

Yasamal rayonu, “Hacı Cavad” məscidi       

Yasamal rayonu, “Hacı Soltanəli” məscidi

Yasamal rayonu, “Xanım Zəhra” məscidi

Yasamal rayonu, “İlahiyyat” məscidi

Nərimanov rayonu, “Cümə” məscidi                                  

Nəsimi rayonu, “Əjdərbəy” məscidi

Nəsimi rayonu, “Məşədi Dadaş” məscidi                                    

Səbail rayonu, “Bibi-Heybət” məscid-ziyarətgah kompleksi

Səbail rayonu, İçərişəhər “Cümə” məscidi                          

Səbail rayonu, “Şəhidlik” məscidi       

Nizami rayonu, “Sahib əz-Zaman” məscidi

Nizami rayonu, Keşlə qəsəbəsi “Şah Abbas” məscidi

Qaradağ rayonu, Müşfiqabad qəsəbə məscidi

Qaradağ rayonu, Lökbatan qəsəbə məscidi

Qaradağ rayonu, Qobustan qəsəbəsi “Şamlı” məscidi

Qaradağ rayonu, Sahil qəsəbə məscidi

Qaradağ rayonu, Ələt qəsəbə məscidi

Qaradağ rayonu, “Rəsulullah” məscidi

Suraxanı rayonu, Qaraçuxur qəsəbə məscidi

Suraxanı rayonu, “Fatimeyi-Zəhra” məscidi

Suraxanı rayonu, Bülbülə qəsəbəsi “İmam Ümmət” məscidi

Suraxanı rayonu, Bülbülə qəsəbəsi “Ağabalabəy” məscidi

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi “İmam Rza” məscidi

Sabunçu rayonu, Sabunçu qəsəbəsi “Cümə” məscidi

Sabunçu rayonu, Nardaran qəsəbəsi "Cümə" məscidi

Sabunçu rayonu, Maştağa qəsəbəsi “Cümə” məscidi

Sabunçu rayonu, Zabrat qəsəbəsi “Cümə” məscidi

Sabunçu rayonu, Pirşağı qəsəbəsi “Cümə” məscidi

Sabunçu rayonu, Bilgəh qəsəbəsi “Cümə” məscidi

Sabunçu rayonu, Ramana qəsəbəsi “Cümə” məscidi

Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi “Cümə” məscidi

Xətai rayonu, Əhmədli qəsəbə məscidi

Xəzər rayonu, Binə qəsəbəsi  “İmam Həsən” məscidi

Xəzər rayonu, Mərdəkan qəsəbəsi,”Heydər cümə” məscidi

Pirallahı rayonu, Pirallahı qəsəbə məscidi

Sosial həyat